XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 November 2019 - 21:42

“Azercell”in Rouminqi millər qazandırır- Qaydalar

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq üçün “Azercell Telekom” MMC öz xidmətlərini təkmilləşdirməyə və ən son dünya trendlərinə uyğun məhsullarla istifadəçilərini sevindirməyə davam edir.

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell”, Azərbaycanın aparıcı korporativ bankı olan “PAŞA Bank”la birgə reallaşdırdığı kampaniya vasitəsilə abunəçilərinə Rouminq xidməti çərçivəsində əlavə millər qazanmaq imkanı yaradır.

Belə ki, cari il noyabrın 1-dən 2020-ci il yanvarın 31-dək “PAŞA Bank”ın “Miles&Smiles” kartının sahibi olan “Azercell” abunəçiləri Rouminq xidməti çərçivəsində mobil xərclər üzrə ödədikləri hər 1 AZN-ə görə 5 mil əldə edəcəklər.

Həmçinin 2020-ci il yanvar ayının 31-dək “Azercell”in Rouminq İnternet Paketlərindən birini aktivləşdirən abunəçilər səfər zamanı “WhatsApp” mobil tətbiqi üzərindən yazışmalardan pulsuz istifadə edə biləcəklər.

Vurğulayaq ki, “Azercell” 54 ölkədə fəaliyyət göstərən 80-dan çox operatorun şəbəkəsində 4 fərqli Rouminq İnternet Paketlərini istifadəyə verməklə abunəçilərini gözlənilməyən xərclərdən sığortalanmaq imkanı ilə təmin etmiş olub.

“PAŞA Bank”ın “Miles&Smiles” kartı haqqında ətraflı məlumat üçün “https://miles.pashabank.az/” səhifəsinə daxil olun.

“Azercell”in Rouminq İnternet Paketləri barədə ətraflı məlumatla “https://www.azercell.com/az/personal/roaming/internetroaming/” səhifəsindən tanış olmaq mümkündür.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.