XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

23 Noyabr 2019 - 13:55

“Aliment qərarlarının 10 faizinin icrasında problem yaranır”- İcra Baş İdarəsinin rəisi

Azərbaycanda məhkəmələr tərəfindən çıxarılan aliment qərarlarının 10 faizinin icrasında problemlər yaranır.

Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev deyib.

Onun sözlərinə görə, son vaxtlar alimentlə bağlı məhkəmə qərarlarının icrasına nəzarət daha da gücləndirilib: “Hazırda alimentlə bağlı qərarların demək olar ki, 90 faizi icra olunur. Haradasa, 10 faiz qərarlar icra olunmamış qalır. Bu da bizdə narahatlıq doğurur. İcra olunmamanın səbəbləri əsasən borcluların icradan yayınması ilə bağlıdır. Yəni həmin şəxsin ölkə hüdudlarından kənarda olması, axtarışa verilməsi onun alimentdən yayınmasına gətirib çıxarır”.