XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 07:31

60 min vətəndaş şikayətlər üzrə vahid elektron sisteminə müraciət edib – [color=red]PA

 

internet-1.jpg

“Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi”üzrə bu günə qədər respublikanın bütün yerli icra hakimiyyəti orqanları üzrə 60 mindən yuxarı vətəndaş müraciəti qeydiyyata alınıb.

Strateq.az bildirir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı hesabat xarakterli məqaləsində qeyd olunub.

Prezident İlham Əliyevin 2015-ci il 29 aprel tarixli Fərmanı ilə yaradılmış sistemin təsisçi-administratoru Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müəyyən olunub və Administrasiyada bu funksiyaları Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi yerinə yetirir.

Sistemin texniki imkanları olduqca geniş və çoxşaxəlidir. Bu sistemdə vətəndaşların daxil olmuş müraciətlərinə vətəndaş haqqında məlumatların verilməsi, həmçinin qaldırılan məsələnin mövzusu, məzmunu, təkrarlığı və digər parametrlər üzrə sürətli axtarışın aparılması, müraciətlərin icra müddətlərinə nəzarət edilməsi, müvafiq təhlil və statistika işi artıq avtomatlaşdırılmışdır.

Qeyd olunub ki, artıq fəaliyyətdə olan sistemin tətbiqi nəticəsində kifayət qədər böyük həcmli məlumat bazası formalaşıb.

Prezident Administrasiyasına daxil olan müraciətlərin xeyli hissəsi elektron formada olub.