XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

26 Noyabr 2019 - 23:46

BMT İnkişaf Proqramının nümayəndəsi:"İntiharların qarşısının alınmasına sərmayələr yatırılmalıdır"

“Hazırda 15-29 yaş arası gənclərdə ölüm səbəbləri arasında ikinci yerdə intiharlar dayanır”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının keçirdiyi dəyirmi masada BMT İP-in rezident nümayəndəsi Alessandro Frakassetti deyib.

Onun sözlərinə görə, intiharların əksəriyyəti böhran vəziyyətlərində baş verir: “İntihar bütün dünya ölkələrində qlobal fenomendir və Azərbaycan da istisna deyil. Hər bir intihar ailələrə, icmalara və ümumiyyətlə, cəmiyyətlərə təsir edən, təsiri uzun müddət ötüb keçməyən faciədir. İntihar riskindən heç kim kənarda qala bilməz. Zorakılıq , xroniki xəstəliklər, münaqişələr, sui-istifadə halları, təcrid olunma, ümidin itməsi, ruhi sağlamlıq intihara səbəb olur. Məhz bu səbəbdən BMT İnkişaf Proqramı bu təşəbbüsə dəstək olaraq, Azərbaycanda intiharlar üzrə Milli Fəaliyyət Planının hazırlanmasına yardım edəcək”.

BMT IP-nin Rezident nümayəndəsi bildirib ki, intiharlara fövqəladə hal kimi yanaşılmalıdır: “İntiharların qarşısının alınmasına sərmayələr yatırılmalıdır. Vaxtında müdaxilə olunarsa, bunun qarşısını çox az xərclə də almaq olar. Bu hadisələrə cəmiyyət də reaksiya verməlidir. İntiharların qarşısının alınmasında mədəniyyətlərin, icmaların rolu da var. Steqmatizasiya, təcrid olunma meyllərinin qarşısı alınmalıdır”.