XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 10:38

“Ya bütövlükdə bələdiyyə institutunu ləğv etməliyik, ya da…” – [color=red]Deputat

“Əgər bələdiyyələri torpaqsatan imicindən qurtarmaq istəyiriksə, onlar ya əlavə səlahiyyət verməliyik, ya da bütövlükdə bələdiyyə institutunu ləğv etməliyik”.

Strateq.az modern.az-a istinadən xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin plenar iclasında müzakirələr zamanı deyib. Onun sözlərinə görə, nəhayət, icra hakimiyyətləri bilməlidir ki, bələdiyyələrin işinə maneə yaratmaq olmaz:

“Əhalinin 4 milyonu gəlib Bakıda məskunlaşıb. Qalanı da bölgələrdədir. Bu qədər əhalinin rayonda işləməsi üçün yerlər torpaq sahələridir. Çünki rayonlarda 1 milyona yaxın iş yeri potensialı var. Ancaq vətəndaş əmin olmalıdır ki, rayona geriyə dönəndə onun ödədiyi pullar onun artezianına, yoluna qoyulacaq, bələdiyyə kreditlərinə çevriləcək”.