XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

27 Noyabr 2019 - 16:33

İcra başçısı Əli Əsədovdan kömək istəyib –Səbaildəki qəzalı bina ilə bağlı

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Baş Nazir Əli Əsədova müraciət edib.

Strateq.az xəbər verir ki, bu barədə  Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

Hökumət sözçüsü deyib ki, Səbail rayonu Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun Baş Nazirə müraciətinə baxılıb:

“Baş Nazirin müavini Əli Əhmədov tərəfindən bu məsələ ilə bağlı Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə zəruri tədbirlər görülməsi tapşırılıb”.