XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

12 Fevral 2016 - 12:37

Sınaq imtahanlarının tarixi[color=red] bəlli oldu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 20-dən başlayaraq sınaq imtahanlarının keçirilməsinə başlayacaq.

Komissiyadan trend.az-a verilən məlumata görə, 20 fevraldan başlayaraq, magistraturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (on-line rejimdə), rezidenturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (on-line rejimdə) 19 martdan başlayaraq keçiriləcək.

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 3-də cari il üçün ilk sınaq imtahanı keçiriləcəkdir. İmtahan Respublikanın 29 şəhər və rayonunda olmaqla, 61 imtahan mərkəzində təşkil olunacaq. Növbəti sınaq imtahanları aprelin 10, 24-də və mayın 8-də keçiriləcək.

Magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün online sınaq imtahanı keçiriləcək. Qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaqdır.

Magistraturaya sınaq imtahanına yazılışın fevralın 20-dən, rezidenturaya martın 19-dan həyata keçirilməsi nəzərdə tutulur.