XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 16:38

Rövnəq Abdullayev “Günəşli”də müşavirə keçirdi, tapşırıqlar verdi – [color=red]FOTOLAR

SOCAR prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə olub.

Strateq.az SOCAR-a istinadən xəbər verir ki,  əvvəlcə, özülün yanğın söndürüldükdən sonrakı vəziyyətinə baxış keçirilib, əsas istehsal qurğu və avadanlıqların, həmçinin quyuların vəziyyəti haqqında Şirkət prezidentinə ayrı-ayrılıqda məruzə edilib. Bundan sonra SOCAR-ın aidiyyatı rəhbər işçilərinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib:

"SOCAR prezidenti yanğının söndürülməsindən sonra özüldə qəzanın nəticələrinin aradan qaldırılması qrafiki ilə tanış olmuş, bu istiqamətdə aparılacaq təmir-bərpa işlərinin əsas prioritetlərini vurğulamış, təhlükəsizlik qaydalarına əməl olunmasının, ekoloji məsələlərə diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılmasının və quraşdırılacaq avadanlıqların etibarlılığının mühüm əhəmiyyət daşıdığını söyləyib".

Sonda isə Rövnəq Abdullayev özüldə hasilat prosesinin planlaşdırılan müddətdə bərpa olunması məqsədi ilə görüləcək işlərdən danışaraq, idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlarını verib.