XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 December 2019 - 18:17

“Məişət zorakılığı ilə bağlı məlumat bankı gələn il hazır ola bilər”- Sədaqət Qəhrəmanova

“Məişət zorakılığı ilə bağlı məlumat bankının 2020-ci ildə hazır olacağı gözlənilir”.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib. Onun sözlərinə görə, bank yaransa da, hələ tam formalaşmayıb:

“Biz yerli icra hakimiyyətləri ilə işləyirik. Respublikanın bütün yerli icra hakimiyyətlərində icra hakiminin müvafiq müavininin sədrliyi ilə monitorinqlər qrupu yaranıb. Bu monitorinq qrupları öz bölgələrində olan sosial zəif ailələri təhlil edir və həmin qrupların baş vermiş zorakılıq faktı ilə bağlı toplantıları keçirilir. İlin yekununda həmin monitorinq qrupları bizim Komitəyə məlumat verirlər ki, onların ərazisində neçə zorakılıq hadisəsi baş verib, qurbanlar kimlərdir və sosial zəif ailələrin sayı nə qədərdir. Sistemi bu qaydada qurmağa çalışırıq ki, hər şey nəzarətdə olsun və həmin təbəqə ilə konkret olaraq maarifləndirmə işləri aparılsın”.