XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

16 Dekabr 2019 - 18:12

“Azərbaycan hökumətinin gənclərlə bağlı proseslərdə yaxından iştirakından məmnunuq” –UNİSEF-in nümayəndəsi

Bu gün Binəqədi Gənclər Evində “Azərbaycan Hökuməti ilə BMT-nin Gənclər evləri üzrə birgə təşəbbüsü”nün  Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yeni istiqamətlərinin təqdimatı keçirilib.

Qeyri-hökumət təşkilatları tərəfindən 6 rayonda ( Binəqədi, Xəzər, Mingəçevir, Qazax, Şəmkir, Biləsuvar) yerləşən Gənclər evləri və Gənclərin İnkişaf və Karyera mərkəzlərinin əməkdaşları vasitəsilə təqdim olunacaq yeni xidmətlərin məqsədi gənclər tərəfindən sosial layihələrin hazırlanması, idarə olunması, onların iş hazırlığının gücləndirilməsidir.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva deyib ki, bu gün Gənclər evlərində işləyən gənclər daha inamlıdırlar, onların bilik və təcrübəsi daha da artıb:

“Gənclər evi vasitəsilə gənclərlə iş sahəsi ölkəmiz üçün uyğun bir sahədir. Gənclərlə yeni istiqamətinlərə start verilib. Bu istiqamətlər gənclərin ən çox gözlədiyi sosial, təhsil və marketinq sahəsi ilə bağlıdır. Ümid edirik ki, bu layihə də əvvəlkilər kimi yaxşı inkişaf edəcək. Layihənin sonunda hazır iş modulları alacağıq ki, onlar bizim üçün istiqamətverici sənədlər olacaq”.

UNİSEF-in Azərbaycan Nümayəndəliyi rəhbərinin müavini Min Yuan Azərbaycan hökumətinin gənclərlə bağlı proseslərdə yaxından iştirakından məmnun olduğunu bildirib:

”Bir çox qurumların bu məsələlərdə iştirakı gənclərin inkişafına müsbət istiqamət verəcək. Eyni zamanda gənclər bu sahədə biliklərini artırmalıdır. Ümidvaram ki, hazırda müzakirə etdiyimiz tərəfdaşlıq bütün iştirakçılar, qurumlar üçün yaxşı təcrübə olacaq. Biz çalışmalıyıq ki, təkcə mərkəzlərdə deyil, kəndlərdə və həssa qruplardan olan gənclər üçün bu xidmətləri əlçatan edək. UNİSEF tərəfindən bir çox təşəbbüslərə, qlobal, regional dəstək olacaq”.

Daha sonra “Təlimlər, innovasiya, incəsənət və ictimaiyyətlə əlaqələr gənclərin sosial çətinliklərinin həllinə necə töhfə verə bilər” sualı ətrafında panel müzakirələr keçirilib.