XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 13:50

Zahid Oruc:""Uşaq pulu" mövzusu ətrafında ictimai kampaniya aparılır"

“İndi “uşaq pulu” mövzusu ətrafında ictimai kampaniya aparılır. “Uşaq pulu” məsələsində optimal qərara gəlmək mümkündür. Lakin ən maraqlısı odur ki, bunu o qüvvələr kampaniya şəklində edirlər”.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, amma həmin şəxslərin özlərinin bir uşaqla belə şəkilləri yoxdur: “Bu adamlar uşağa elə qayğıdan danışırlar ki, doğrusu, heyran qalıram. Gələcək dövrdə sosial problemlərin həlli ilə bağlı qərarların davamı olacaq. Hesab edirəm ki, onların dəyərləndirlməsində birlikdə iştirak etməliyik”.

Report