XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2019 - 09:40

“Bakının mərkəzində içməli suyun verilməsində məhdudiyyət olacaq” –"Azərsu" ASC-dən açıqlama

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 18 dekabr 2019-cu il tarixində gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. /APA