XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

19 Dekabr 2019 - 11:30

“Pulsuz səhiyyə özünü doğrultmadı” –Nazir müavini

2020-ci ilin yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə əlaqədar tibb müəssisələrinin mərhələli şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təhvil verilməsi prosesi gələn il ərzində davam etdiriləcək.

Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Onun sözlərinə görə, səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil.
Nazir müavini bildirib ki, Səhiyyə Nazirliyi dövlətin səhiyyə siyasətini daima yürüdür və yürüdəcək:“Pulsuz səhiyyə özünü doğrultmadı. Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur”.

R.Əliyev əlavə edib ki, səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, icbari tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək. /Trend