XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

19 Dekabr 2019 - 15:16

Səhiyyə Nazirliyi:"Tibb Universitetində bakalavriat səviyyəsi üzrə orta tibb işçiləri hazırlanacaq"

“Azərbaycan Tibb Universitetində bakalavriat səviyyəsi üzrə orta tibb işçiləri hazırlanacaq. Bu da regionlarda, eyni zamanda kəndlərdə, daha ucqar yerlərdə kadrlara ehtiyacı ödəməyə kömək edəcək”.

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, əksər Avropa ölkələrində, Amerikada ictimai səhiyyə üzrə orta tibb kadrları hazırlanır: “Onlar adi orta tibb işçisindən fərqi olaraq, daha geniş bilik və bacarıqlara malikdirlər və profilaktik iş apara bilirlər. Azərbaycanda da belə kadrların hazırlanmasına ehtiyac var və artıq bu sahədə işlərə başlanılıb. Azərbaycan Tibb Universitetində bakalavr səviyyəsi üzrə hazırlanacaq orta tibb kadrları da profilaktik tədbirlər apara biləcəklər”.

APA