XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2019 - 11:30

“Azərişıq” planlaşdırılmış təmir-bərpa işlərini təxirə salıb –Bələdiyyə seçkiləri ilə əlaqədar

Azərişıq” ASC dekabr ayının 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək.

Bu barədə  qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, artıq bununla əlaqədar texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb:

“Əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq”. /Report