XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

25 Dekabr 2019 - 16:47

Umayra Tağıyeva:"Ölkəyə hava proqnozlarını daha dəqiq təqdim etməyə imkan verən iki dopler radarı gətirilib"

“Dövlət investisiyaları çərçivəsində ölkəyə hava proqnozlarını daha dəqiq təqdim etməyə imkan verən, ABŞ istehsalı olan iki dopler radarı gətirilib”.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, hazırda radarların quraşdırılması işləri aparılır: “Bir radar Şamaxıda, digəri Göygöl ərazisində yerləşdiriləcək. Gələn ilin birinci rübündə artıq bu yeni avadanlığın istifadəyə verilməsi nəzərdə tutulur”.

U.Tağıyeva bildirib ki, avadanlıqlar istifadəyə verilməmişdən əvvəl onlarla işləyən mütəxəssislər üçün bir aylıq təlimlər keçiriləcək: “Bu radarlar vasitəsilə hava haqqında məlumatlar gün ərzində daha tez-tez yenilənəcək, məlumatlar daha operativ olacaq. Radarların radiusu kifayət qədər genişdir”.