XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

29 Dekabr 2019 - 12:00

Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacacaq –Dövlət Agentliyindən açıqlama

Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, Koroğlu metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasının tarixi bayram tədbirləri ilə əlaqədar dəyişdirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki,  məhdudlaşma 01 yanvar saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir.