XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 December 2019 - 12:45

“Qazın təzyiqinin aşağı düşməsi problemi yaxınlarda həllini tapacaq” –Baş direktor

“Azərbaycanda havaların soyuması ilə əlaqədar müəyyən ərazilərdə qazın təzyiqinin aşağı düşməsi problemi yaxın gələcəkdə həllini tapacaq”.

Bunu jurnalistlərə açıqlamasında “Azəriqaz”İB-nin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, buna əsas səbəb yaşayış ərazilərinə yaxın yerləşən qeyri-əhali sektorunun olmasıdır.

“Bu günə qaz şəbəkəsində 20 minə yaxın qaz tənzimləyiciləri mövcuddur. Bu tənzimləyicilər müəyyən rejimlərə köklənib. Ancaq hansı ərazilərdə ki, qazın təzyiqinin enməsi müşahidə olunursa, həmin ərazilərdə qeyri-əhali sektorunun olmasıdır. Məsələn, çörək sexləri, istixanalar və s. Hava soyuyanda onların sərfiyyatı əhəmiyyətli dərəcədə artır. Bu isə birbaşa vətəndaşa öz təsirini göstərir. Belə hallar Sabunçu, Xəzər rayonlarında, Abşeronun bəzi yerlərində müşahidə olunur”, – deyə R. Əliyev qeyd edib.