XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

29 Dekabr 2019 - 15:40

Qaz sayğaclarının mühafizəsinə dair qanun qəbul olunacaq –"Azəriqaz"-dan rəsmi açıqlama

“Azərbaycanda qaz sayğaclarının mühafizəsinə dair müvafiq qanunvericilik hazırlanıb”.

Bunu jurnalistlərə açıqlamasında “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, hazırda bu sənəd müvafiq orqanlar tərəfindən baxılır və yaxın vaxtlarda qanun layihəsinin təsdiq olunması gözlənilir.

“Qeyd edim ki, əgər əvvəllər sayğaca hər hansı müdaxilə olduqda məsuliyyət bütün hallarda vətəndaşın üzərinə düşürdüsə, 2018-ci ilin dekabrından məhkəmənin rəyi olmadan heç bir müdaxilə “Azəriqaz”a dəyən ziyan kimi hesablanmır. Bu, həm əhali, həm də qeyri-əhali istifadəçi qrupuna aiddir”, – deyə R. Əliyev bildirib. /APA