XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2020 - 08:33

Uşaq teleradio proqramlarında reklamlara dair məhdudiyyət tətbiq olunur- Bu gündən

2020-ci il yanvarın 1-dən uşaqlar üçün kino və video xidmətlərinin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Reklam haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilməyəcək.