Nazir Ceyhun Bayramov Təhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibini təsdiqləyib.
Strateq.az xəbər verir ki, əmrə əsasən, nazirliyin Apellyasiya Şurası aşağıdakı tərkibdə formalaşıb:
Apellyasiya Şurasının sədri:
Firudin Qurbanov – Təhsil nazirinin müavini;
Apellyasiya Şurasının üzvləri:
Muxtar Məmmədov – Aparat rəhbəri;
Fərzəli Qədirov – Aparat rəhbərinin müavini;
Anar Cəfərov – Nazirin müşaviri, Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən;
Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdiri;
Amil Əlili – Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini;
Bəhruz Müslümov – Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri.