XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2020 - 12:06

Qurban Yetirmişli:"Tədbirlər görülməsə, sürüşmənin daha böyük sahəni əhatə edəcəyi gözlənilir"

“2018-ci ilin oktyabrında Badamdarda sürüşmə baş verən zaman Respublika Seysmoloji Xidmət Mərkəzi də ərazidə monitorinqlər aparıb. O zaman müşahidələr göstərdi ki, sürüşmələr davam edəcək”.

Bunu APA-ya açıqlamasında Badamdardakı sürüşmə sahəsinə baş çəkən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

O qeyd edib ki, lazımi tədbirlər görülməsə, sürüşmənin daha böyük sahədə olacağı gözlənilir.