XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2020 - 20:21

Culfa Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verildi –Sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Culfa Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti sərəncamda nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq və fəaliyyətini təmin etməlidir.

Eyni zamanda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Culfa Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2020-ci il yanvarın 1-dən 50 faiz artırılmasını təmin etməlidir.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Vergi Xidməti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər/APA.