XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

18 Yanvar 2020 - 11:11

Nazir:“Bu il 200 minədək təyinat e-qaydada aparılacaq”

2019-cu ildə əmək müqavilələrinin sayında 153 min artım olub. Bu artım dinamikasının 2020-ci ildə də davam etməsi əsas hədəflərdəndir.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir sosial sahədə geniş miqyas alan elektronlaşdırma proqramı çərçivəsində ötən il 2-si pensiya, 19-u müavinət-təqaüd növü olmaqla 21 sosial təminat növünün e-təyinat sisteminin işə salındığını, bu əsasda 2020-ci ildə 200 minədək təyinatın e-qaydada aparılacağını qeyd edib.

S.Babayev deyib ki, 2019-cu ildə Nazirliyin daha 13 e-arayış xidməti yaradılıb və bu xidmətlərinin sayı 15-ə çatdırılıb. 2020-ci ildə daha 15 e-arayış xidməti istifadəyə veriləcək.