XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2020 - 13:27

Gürcüstanda qrip təhlükəli həddə çatıb –Daha bir nəfər ölüb

Gürcüstanın Zuqdidi şəhərində gənc qadın qrip virusundan ölüb.

Məlumata görə, Abxaziyadan məcburi köçkün olan 22 yaşlı pasiyent yanvarın 19-da xəstəxanaya yerləşdirilib.

Daha sonra o, Kutaisi xəstəxanasına çatdırılıb. Gənc qadın ötən gün Tbilisi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, yanvarın 8-də Gürcüstanın Çiatura rayonunda 30 yaşlı qadın da qripdən ölüb.

Hazırda qonşu ölkədə 100 min nəfər əhali arasında 216 qrip virusuna yoluxma halı qeydə alınıb/Report.