XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2020 - 17:24

Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi:"Çin restoranlarına getməyin"

“Çin restoranlarına getməyi hələ ki, dayandırmaq lazımdır. İnsanlar bir müddət çin qidalarından istifadə etməsinlər”. 

Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, koronavirus xəstəliyi lokalizasiya olunana, geniş araşdırmalar aparılana qədər bu restoranlara getmək məsləhət deyil: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təhlükənin olmaması barədə məlumat veriləndən sonra insanlar rahat şəkildə bu restoranların xidmətlərindən istifadə edə bilərlər”. 

APA