XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 12:01

Əlilliyi olan şəxslərə dair 2020-ci il üçün Dövlət Proqramı- Tədbirlər müəyyənləşib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) təsdiqlənmiş “2020-ci il üçün əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda bu il nazirliyin həyata keçirəcəyi tədbirlər müəyyən olunub.

Nazirlikdən APA-ya verilən məlumata görə, onların sırasına əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması və müalicəsinə köməklik göstərilməsi, bu kateqoriyalardan olanlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının, onlara maddi yardımın təşkil edilməsi daxildir. Proqramda həmin şəxslərin  yaradıcılıq və idman tədbirlərinin təşkili, beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, Milli Qəhrəmanların tanıdılması kampaniyasının davam etdirilməsi və s. də yer tutur.

Sənədə əsasən, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili məqsədi ilə bu il də onların istirahət zonalarına göndərilməsi, sosial xidmət müəssisələrinə texniki yardımın göstərilməsi nəzərdə tutulur.