XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2020 - 11:01

Bu rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq- “Azərsu”

Bu gün Hacıqabul və Qaradağ rayonlarının bəzi ərazilərində içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 4 fevral 2020-ci il tarixində gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.