XƏBƏR LENTİ

16 Fevral 2020
15 Fevral 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 20:37

Azərbaycanda təhsil alan gürcülər Tbilisidə aksiya keçiriblər –Səbəb + FOTO

Azərbaycan, Ukrayna və Ermənistanda ali təhsil alan gürcü tələbələr Tbilisidə –  Gürcüstan parlamentinin yaxınlığında etiraz aksiyası keçiriblər.

Gənclər Gürcüstan ali məktəblərinə köçürülmə üçün sabaha təyin olunan test imtahanının ləğvi ilə bağlı təhsil naziri Mixeil Çxenkeli ilə görüş tələb edirlər.

Tələbələr parlamentin giriş qapılarının birində çadırlar qurmağa cəhd etsələr də, polis əməkdaşları buna imkan verməyib.

İmtahanla bağlı Gürcüstan vətəndaşı olan 350 tələbə etiraz edir. Onlar iddia edirlər ki, bu imtahanla Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi onlara süni maneələr yaradır.

Nazirlikdən isə bildirilib ki, həmin tələbələr Gürcüstan vətəndaşları olduğundan onlara ölkə qanunvericiliyi şamil olunur.

“Tələbələr dörd imtahan əvəzinə ümumi biliklər üzrə yalnız bir imtahan verəcəklər. Onlara imtahanın əvəzlənməsi təklif olunsa da, gənclər bundan imtina ediblər”, – deyə qurumdan qeyd olunub/Report.