XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 13:56

Dövlət İmtahan Mərkəzi işçi qəbulu elan edib- TƏLƏBLƏR

Dövlət İmtahan Mərkəzi yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsi, Qabiliyyət imtahanları üzrə sektora müqavilə əsasında işçi qəbulu elan edib.

DİM-dən Strateq.az-a verilən məlumata görə, Mərkəz xüsusi qabiliyyət tələb edən (musiqi sahəsinə aid) ixtisaslara qəbul imtahanları ilə əlaqədar cari işlərin həyata keçirilməsinə kömək məqsədilə müqavilə əsasında işçi qəbulu elan edir:

Namizədlər musiqi sənəti istiqaməti üzrə aşağıdakı bilik və bacarıqlara malik olmalıdır:

Musiqişünaslıq ixtisası üzrə magistr təhsili;

Azərbaycan və rus dillərini bilmək;

Mircrosoft Office proqramlarında orta səviyyədə işləməyi bacarmaq;

Sibelius kompüter proqramında sərbəst işləməyi bacarmaq;

Test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibini təşkil etmək;

Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını təşkil etmək.

İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur. Maraqlanan şəxslər CV formasını tam şəkildə dolduraraq fevralın 10-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərə bilərlər. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.