XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 17:16

Xudat Şəhər Xəstəxanasının fəaliyyəti niyə dayandırıldı? –Açıqlama

Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkədə məlumatlar yayılıb. 

Strateq.az-ın məlumatına görə, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlama verib.

Bildirilib ki, agentliyinin nümayəndələrinin Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı tibb müəssisəsinin vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub:

 “Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi və ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmamışdır. Əksinə, icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması qaydası təsdiqlənmişdir”.