XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

11 Fevral 2020 - 09:56

“Buzlaşma ehtimalı ola biləcək ərazilərə xüsusi texnikalar çıxarılıb” –AAYDA

Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Agentliyin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb.

Buna baxmayaraq buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb: “Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik”.