XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

12 Fevral 2020 - 16:41

Dövlət Komitəsi Tərtərdə anası tərəfindən işğəncəyə məruz qalan uşağı nəzarətə götürüb- Rəsmi

Tərtərdə ananın azyaşlı övladına işgəncə verməsi ilə bağlı həmin ailə Ailə, Qadın və Uşaq Problemləri Komitəsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə APA-ya Komitədən məlumat verilib. Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Tərtərin Azadqaraqoyunlu kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü Telman Dünyamalızadənin bud, çanaq, qol və əlinə basıb.

Uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü( yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) maddəsilə cinayət işi başlanıb.