Deputat fırıldaqdan yazdı

Son vaxtlar yanacaqdoldurma məntəqələrində müştərilərin aldadılması ilə bağlı iddialar intənsivləşib. Bir çoxları xüsusilə də manatın devalvasiyasından sonra yanacaqdoldurma məntəqələrində sürücülərin daha çox aldadıldığını iddia edir.
Strateq.az xəbər verir ki, məsələyə Milli Məclisin üzvü Etibar Hüseynov da münasibət bildirib və bununla bağlı faktlara malik olduğunu bəyan ədib: “Son günlər bir sıra mətbuat orqanlarında xüsusilə, Avtosfer.az Musavat.com, Fins.az saytlarında bəzi yanacaq doldurma məntəqələrində hökm sürən qanunsuzluq və soyğunçuluqla bağlı maraqlı araşdırmalar dərc olunub. Qeyd edim ki, bu cür hallar dolların məzənnəsinin artımından sonra daha intensiv hal alıb. Bununla bağlı daxil olan bir sıra müraciətlər əsasında mən də müxtəlif araşdırmalar aparmalı oldum. Və deyim ki, kifayət qədər maraqlı sübut və faktlar əldə etmişəm. Yəqin ki, yaxın günlərdə araşdırmaları yekunlaşdırıb nəticəsini mətbuata təqdim edəcəm. Hələlik isə onu deyə bilərəm ki, YDM-lərdən yanacaq doldurarkən diqqətli olun. “Lukoyl”a isə ümumiyyətlə gətməməyiniz məsləhətdir. çünki orada diqqətli olmaq da kömək eləmir”.