XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

18 Fevral 2020 - 16:34

Şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə yeni qaydalar… –Detallar açıqlandı

Təhsil Nazirliyinin kollegiyası “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nda dəyişiklik edib.

Mövcud dəyişikliyi nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Gülarə Xudiyeva şərh edib.

O deyib ki, bəzən valideynlər və ya şagirdlər aparılan qiymətləndirmənin nəticələrindən narazı qalırlar: “Bununla bağlı prosedurun necə tənzimlənməsi qanunvericilik aktlarında nəzərdə tutulmamışdı. Dəyişiklik edilən yeni qaydalarla həmin prosedurlar müəyyənləşib”.

Nazirlik rəsmisi bildirib ki, əgər valideyn və ya şagird aparılan summativ qiymətləndirmənin nəticəsindən və ya illik qiymətləndirmənin hesablanmasından narazı olsa, şagirdin təhsil aldığı təhsil müəssisəsinin rəhbərinə yazılı müraciət edəcək və 30 gün müddətində həmin müraciətlərə baxılacaq: “Əgər summativ qiymətləndirmənin prosesində və ya hesablanmasında hər hansı nöqsan aşkarlanarsa, qiymətləndirmənin nəticələri yenidən hesablanacaq. Bundan başqa, əgər sualların tərtibatında nöqsana rast gəlinərsə, bu zaman şagirdlərlə yenidən qiymətləndirmənin aparılması nəzərdə tutulur. Yaxud valideyn və ya şagirdin iddiası əsasında hər hansı nöqsan aşkar edilmirsə, valideynə yazılı cavab verilir. Əgər məktəbdə yenidən aparılan qiymətləndirmənin nəticəsindən valideyn yenə də narazı olsa, onda həmin məktəbin tabe olduğu təhsil idarəetmə orqanına və ya Təhsil Nazirliyinə yazılı şəkildə müraciət edilə bilər”.

Report