XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 14:23

Rayonlardakı xəstəxanalarda tibb fakültələri açılacaq- Açıqlama

“Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələr açılacaq”.

“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bununla bağlı təkliflər layihəsi hazırlanır və hökumətə təqdim olunacaq: “Hazırda bununla bağlı təhlillər aparılır. Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır”.

Z.Əliyev qeyd edib ki, regionlara həkimləri ezam etmək niyyətindəyik: “Bununla da regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik. Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etmək istəyirik. Həmin tələbələrlə danışıqlar gedir, həvəsləndirmə tədbirləri də görüləcək. Məncə onların da buna maraqları var”

Sədr onu da əlavə edib ki, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil: “Bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Yerlərdə həkim kadr çatışmazlığı var, avadanlıqlar yetəri səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə müayinə aparmaqda çətinlik çəkirlər”.