XƏBƏR LENTİ

29 Mart 2020
28 Mart 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 15:02

Baş prokuror Şirvan və Sabirabad sakinlərini qəbul edəcək- Bu tarixdə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il fevralın 28-də saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər və Sabirabad rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Baş Prokurorluqdan Strateq.az-a bildirilib ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.