Fevralın 25-də Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) rəis müavini Elsəvər Rafiq oğlu İslamov tutduğu vəzifədən azad olunub.
“Azəriqaz” İstehsalat Birliyindən Strateq.az-a verilın məlumata görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə, xidməti müqavilə ilə çalışmaq istəyən vətəndaşa əvvəlcədən vəd verərək aldatma və sair əməllərinə görə işdən uzaqlaşdırılıb.
Qeyd edilib ki, E.İslamov Ağsu RQİİ-nin rəis müavini kimi son bir həftə ərzində Göyçay rayonu üzrə xidmət sahəsinə nəzarət işlərini həyata keçirib.