XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2020 - 21:05

Əli Əsədov təhsillə bağlı daha bir qərar verdi –Dəyişiklik

Nazirlər Kabineti “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın təsdiq edilməsi barədə qərar verib.

Baş Nazir Əli Əsədovun qərarına əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilib.

Aidiyyəti dövlət orqanlarına (qurumlarına) tapşırılıb ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Meyarlara cavab verən müəssisə, idarə və təşkilatların siyahısı hər il üzrə rəsmi internet səhifələrində yerləşdirilsin./Report.