XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2020 - 14:25

İctimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırıldı –Tbilisidə

Gürcüstan hökuməti koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə yeni məhdudiyyətlər barədə qərar qəbul edib.

Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə bildirib.

O deyib ki, sabahdan etibarən Tbilisidə sərnişin mikroavtobuslarının hərəkəti qadağan olunacaq.

Baş nazir qeyd edib ki, metro və sərniş avtobusları adi qaydada fəaliyyətini davam etdirəcək.

G.Qaxaria ölkə ərazisində müxtəlif idman mərkəzlərinin fəaliyyətinin də məhdudlaşdırılacağını bildirib/Report.