XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2020 - 11:48

“Ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır” –"Azərbaycan Dəmir Yolları" QSC məlumat yaydı + SİYAHI

 

Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.

Strateq.az xəbər verir ki, bu barədə”Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, söhbət aşağıdakı qatarlardan gedir:

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı

– Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı

– Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı

– Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı

– Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı

– Bakı-Yalama-Bakı elektrik qatarı

– Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı

Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır. Bu gün isə Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.