XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2020 - 14:43

“”Azərişıq” tətil günlərində onlayn fəaliyyət göstərəcək” –Açıqlama

“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

Bu barədə  “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, artıq bu gündən etibarən “Facebook” və “İnstagram” vasitəsilə canlı bağlantı, eləcə də “Whatsapp” üzərindən müraciətlərin qəbulu həyata keçirilir:

“Cari ayın 29-dək Səhmdar Cəmiyyət tərəfindən onlayn müraciətlərin qəbuluna daha çox üstünlük veriləcək. Əsasən, yeni “Whatsapp” nömrəmiz üzərindən “Azərişıq” ASC-nin göstərdiyi bütün xidmətlər barəsində məlumat ala bilərsiniz. Bununla yanaşı, sosial şəbəkələrdə daha operativ xidmət göstərmək üçün bayram günləri ilə əlaqədar olaraq rəsmi “Facebook” və “İnstagram” səhifələrində canlı bağlantı həyata keçiriləcək. Vətəndaşların hər hansı bir sualı yaranarsa, suallarını bizə sosial şəbəkələr vasitəsilə canlı bağlantı zamanı ünvanlaya bilərlər. Həmçinin, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək.

Vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini təyin olunmuş “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı “199” Çağrı Mərkəzi, “Facebook”, “İnstagram”, [email protected] və whatsapp nömrəmizə də yönləndirə bilərlər.

“Whatsapp nömrəmiz”: +994772176762.

Facebook səhifəmiz: Azərişıq ASC,

İnstagram səhifəmiz: Azərişıq ASC”.