XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2020 - 18:40

UNESKO:"850 milyon nəfər tədrisdən qalıb"

Yeni koronavirusun yayılmasına görə hazırda dünyada təhsil müəssisələrinin bağlanması səbəbindən azı 850 milyon nəfər dərsə getmir.

Barədə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESKO) açıqlamasında bildirilir.

Açıqlamada hazırda 102 ölkədə orta və ali məktəblərin tam, 11 ölkədə isə qismən bağlandığı qeyd olunur.

Tədrisdən qalan şagird və tələbələrin daha da çoxalacağı qənaətində olan UNESKO mövcud vəziyyəti təhsil sahəsi üçün “misli görünməmiş təhlükə” olaraq dəyərləndirib/Report.