XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 10:03

Azərbaycanda yaşı 65-dən yuxarı olan müəllimlərin sayı açıqlanıb

muellim.jpg

Azərbaycanda yaşı 65 yaşdan yuxarı olan müəllimlərin sayı açıqlanıb.

Təhsil Nazirliyi nin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev APA-ya deyib ki, ölkədə 160 mindən çox müəllim var və onların 2%-nin yaşı 65-dən yuxarıdır. Onun sözlərinə görə, 65 yaşa çatan müəllimlər 5 ildən çox olmayaraq, məktəbdə işləyə bilərlər. 65-70 yaş arası müəllimlər təhsil müəssisəsinin müdirinin razılığı ilə, 70-dən yuxarı isə Nazirlər Kabinetinin qərarında xüsusi normativ meyarlar əsasında təhsil müəssisəsində çalışırlar: “Qanunvericilik çərçivəsində yaşı 65-dən yuxarı olan işçilərin sayı istənilən müəssisədə gərək 2%-i aşmasın. Ancaq işçilərin sayı 100 nəfərdən aşağı olan müəssisələrdə 2 nəfərə kimi icazə verilir. Azərbaycanda 160 min müəllimin yalnız 2%-nin yaşı 65-dən yuxarıdır. Mütləq deyil ki, bütün məktəblərdə say 2% olsun. Ola bilər ki, hansısa məktəbdə yaşı 65-dən yuxarı olan müəllim yoxdur. Təhsil sahəsi üzrə də 2% rəqəmi ümumi məktəblər üzrə dəyişir”.