XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 Mart 2020 - 00:21

Əllər, qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdır –AQTA-dan tövsiyələr

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yoluxucu xəstəliklərdən qorunmaq üçün qida ilə necə davranmalı olduğu barədə məlumat hazırlayıb.

AQTA-dan verilən məlumata görə, bunun üçün ilk növbədə əllər, qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdır:

“Meyvə və tərəvəzlər təmiz yuyulmalı, qidalar lazımi temperaturda bişirilməli və saxlanmalı, bişirildikdən sonra otaq şəraitində saxlanmamalı, dərhal soyudulmalıdır. Eyni zamanda çarpaz çirklənməyə yol verilməməli (məsələn, ət və göyərti yanaşı qoyulmamalıdır) və mətbəx mütəmadi təmizlənməli və dezinfeksiya edilməlidir”.