XƏBƏR LENTİ

13 Avqust 2020

Digər Xəbərlər

26 Mart 2020 - 19:39

Marneuli rayonunun meri:"Ərzaq qıtlığı yoxdur, əhaliyə maksimum şəkildə yardım olunur"

“Bir neçə insanda qızdırma olsa da, onlarda koronavirusun digər əlamətləri müşahidə edilmir”. 

Bunu Marneuli rayonunun meri Zaur Darğallı deyib.

O bildirib ki, Marneulidə vəziyyət stabildir.

“Bildiyiniz kimi Gürcüstanda fövqəladə vəziyyət elan olunub. Xüsusi olaraq Marneuli və Bolnisi qırmızı zona elan edilib. Biz təxminən 40 000-dən artıq insanı ilkin tibbi yoxlanışdan keçirmişik. Koronavirusun ilkin simptomları yoxlanılır. Mən və ailə üzvlərim də yoxlanışdan keçmişik. Hazırda bir neçə insanda qızdırma olsa da, onlarda virusun digər əlamətləri müşahidə edilmir. Həmçinin aktiv şəkildə Marnuelidə xüsusi karantin hospitalında testlər aparılır.

Bu günə kimi həmin hospitalda keçirilən analizlərin nəticəsi olaraq, heç kimdə koronavirus aşkarlanmayıb. Ümumi rayonda vəziyyət stabildir, ərzaq qıtlığı yoxdur, əhaliyə maksimum şəkildə yardım olunur. Yalnız və köməyə ehtiyacı olan qocalar, uşaqlarla bağlı tədbirlər də davam etdirilir. Əlavə olaraq, bu gün də 200 ailəyə yardım edəcəyik və bu proses aktiv şəkildə davam etdiriləcək”, – deyə o qeyd edib.

Darğallı vurğulayıb ki, Marneuli rayonuna giriş-çıxış tamamilə bağlanıb, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi (DİN) tərəfindən müxtəlif postlar qurulub/APA.