Rusiyada keçirilən sorğu iştirakçılarının üçdə biri növbəti 10-15 il ərzində hakimiyyət başında qadın görmək istədiyini bildirib.
Strateq.az bildirir ki, “Levada-Sentr” mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən qadının prezident olmasını arzu edənlərin 44 faizini elə qadınlar təşkil edir.Bu ideya 21 faiz kişi respondentin dəstəyini qazanıb.
İştirakçıların beşdə biri ali hakimiyyət simvolu olan Kremldə qadın görmək istəmədiyini deyib.
Bununla yanaşı 64 faiz deyib ki, qadınların kişilərlə bərabər yüksək dövlət vəzifələrində təmsil olunmasının tərəfdarıdır. Daha 77 faiz isə qadınların siyasətdə iştirakının müsbət hal olduğunu bildirib. Respondentlərin əksəriyyəti cinslər arasında bərabərliyin mühüm olduğunu hesab edir.
Eyni zamanda sorğu iştirakçılarının təqribən yarısı təcrübədə bərabərliyin olmadığını deyib. Belələrinə əsasən peşə sahəsində kişilərin irəliləmə şansları daha yüksəkdir.
2014-cü ildə prezident postunda qadın görmək istəyənlərin sayı daha çox idi. Beləki, o vaxtlar bu ideyanı 46 faiz dəstəkləyib.