XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Mart 2020 - 12:39

Vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları necə olacaq? –DİN məsələyə aydınlıq gətirdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, əgər vətəndaş xüsusi karantin rejimindən əvvəl qeydiyyatda olduğu rayon və şəhərdən başqa bir rayon və ya şəhərə səfər edibsə, onun geri qayıtmasında heç bir problem yoxdur.

Şəhər və rayonlararası postlarda həmin vətəndaşların qeydiyyat yerinə qayıtmasına icazə veriləcək.