XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

29 Mart 2020 - 13:46

DYPİ rəsmisi sürücülərə səsləndi:“Zərurət yoxdursa, evdən çıxmayın"

“Biz tövsiyə edirik ki, vətəndaşlar vacib işləri olmadıqca şəxsi avtomobilləri ilə çox hərəkət etməsinlər. Koronavirusla mübarizənin yollarından biri də evdə qalmaq, özünün və başqalarının həyatını təhlükəyə atmamaqdır”.

Bunu  Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.

O bildirib ki, lüzumsuz, rayon qeydiyyatlı nəqliyyat vasitələri idarə edilməməlidir: “Biz hər maşın sürənin cərimə olunacağını demirik. Çağırış və tövsiyə edirik ki, zərurət yoxdursa, sürücülər evdən çıxmasınlar”.