XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

31 Mart 2020 - 17:59

112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib –Azərbaycanda

2019-cu ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsinə və araşdırılmasına maneçilik törətdiyinə görə bələdiyyələrin 131 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

Bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə)” qeyd edilib.

Bildirilib ki, həmin protokollar üzrə 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 protokola isə baxılmaqdadır/Report.